Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

6 sentyabr 2022

10:16:00
1303889

20.000-dən çox Həşdi Şaabi qüvvələri Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün yerləşdirilib

“Həşd Şaabi bölmələri əcnəbi zəvvarların sərhəd keçid məntəqələrindən daxil olması üçün təhlükəsizlik əməliyyatını davam etdirir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəsrə əməliyyatının Həşd Şaabi komandiri İmam Hüseynin  (əleyhi səlam) Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün Kərbəla Məaliyə gedən yollara 20 mindən çox hərbçinin yerləşdirildiyini açıqlayıb.

Əl-Zaman-ın sitat gətirdiyi xəbərə görə, Bəsrə əməliyyatının Həşdi Şaabi komandiri Mehdi Saleh Əbdül Vahid deyib:

 “Həşd Şaabi bölmələri əcnəbi zəvvarların sərhəd keçid məntəqələrindən daxil olması üçün təhlükəsizlik əməliyyatını davam etdirir. İraqlı və əcnəbi zəvvarların cənub bölgələrindən Kərbəlaya hərəkət etdiyi yollarda bu qüvvələrin yerləşdirilməsi və təhlükəsizlik fəaliyyətləri intensivləşib.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!