Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

6 sentyabr 2022

09:22:00
1303884

Təqsirləndirilən şəxslər yerli məhkəmədəki proseslərə əsasən mühakimə olunub və onlara tam müdafiə hüququ verilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İslami müqavimət hərəkatı HƏMAS sionist rejimin iki casusunun edam edildiyini elan edib.

Müttəhim “N.A” 1978-ci il təvəllüdlü və Qəzza şəhər sakini olub. O, 30 oktyabr 2009-cu ildə Fələstin İnqilabi Cəza Qanununun 131-ci maddəsinə əsasən xarici düşmən tərəflərə casusluq ittihamı ilə həbs edilib.

Qısaldılmış adı “X.S” olan ikinci casus 1969-cu il təvəllüdlüdür və 2015-ci il fevralın 15-də eyni ittihamla həbs edilən Xanyunis sakinidir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!