Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

4 sentyabr 2022

19:45:01
1303394

Səud koalisiyası 9 Yəmən neft tankerini saxlayıb

Yəmən milli qurtuluş hökumətinin neft şirkəti bu ölkənin doqquz neft tankerinin təcavüzkar səud koalisiyası tərəfindən saxlanıldığını bildirib.

Yəmən milli qurtuluş hökumətinin neft şirkətinin sözçüsü Əssam Mütəvəkkil deyib: Atəşkəsin təcavüzkar səud koalisiyası tərəfindən pozulması, dəniz quldurluğunun davam etməsi və neft məmulatları daşıyan doqquz gəminin saxlanılması, neft məmulatlarının rasionlaşdırılması böhranının meydana gəlməsinə gətirib çıxarıbdır.

Əlmutəvəkkil əlavə edib: Yəmən neft şirkəti neft məmulatlarını idxal etmək, onları bütün vətəndaşlara təhvil vermək və yerdə qalan miqdarı idarə etmək üçün bu gün fövqəladə bir layihəni həyata keçirir.

Əlmütəvəkkil təcavüzkarların və BMT-nin, yanacaq daşıyan gəmilərin güclü mühasirəsinin davam etməsinin birbaşa və dolayısı ilı iqtisadi və insani nəticələrində məsuliyyət daşıdıqlarını bildirib.

 342/