Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

31 avqust 2022

18:23:56
1302203

Avropa liderlərindən birinin Ukrayna barədəki mesajını Rusiyaya aparırdım

Avropa liderlərindən birinin Ukrayna məsələsi barədəki mesajını Rusiyaya aparırdım- deyən İranın xarici işlər naziri qeyd edibdir ki, Ukraynada müharibənin dayandırılması, asayiş və sülhün bərqərarına yardım üzrə ideyalardan söz gedir.

Hüseyn Əmir-Abdullahiyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra onunla birgə mətbuat konfransında əlavə edib: İran İslam Respublikası Ukrayna barədəki mövqeyini ən yüksək səviyyədə Rusiyaya bəyan edib.

Ukrayna məsələsində bəzi humanitar məsələlər, əsirlər, həmçinin Zaporojye atom elektrik stansiyası diqqət mərkəzində durur- deyə, İranın xarici işlər naziri bildirib. Qeyd edib ki, bu vəziyyətdən çıxış üçün bütün mövcud imkanlardan istifadə olunmalıdır.

Əmir-Abdullahiyan söyləyib: Dinc məqsədli nüvə məsələsində dünyadakı hərəkətverici qüvvələrdən biri olan İran, bu atom elektrik stansiyasında və onun ətrafındakı mühitdə təhlükəsizliyin bərqərarı üçün hər cür köməyə və əməkdaşlığa hazırdır.

Əmir-Abdullahiyan sanksiyaların götürülməsi müzakirələrinə də toxunub və İranın dayanıqlı razılaşmaya çatmaq üzrə ciddiliyindən söz açıb. Vurğulayıb ki, əgər Amerika reallıqla hərəkət edər və mövcud mətni gücləndirərsə, razılaşmaya nail olmaq əlçatan olacaqdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu mətbuat konfransında bildiribdir ki, Moskva hazırkı etapda nüvə anlaşmasının bərpası üzrə yekun mətndən tamamilə razıdır.

342/