Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

23 avqust 2022

14:51:31
1300181

"Hərbçiləri çıxart, terrorçulara dəstəyi dayandır"

Suriyanın Türkiyədəki keçmiş səfiri ölkəsinin Türkiyə ilə əlaqələrinin bərpası üçün şərtləri sadalayıb və həmin şərtlərdən biri də Türkiyə qüvvələrinin Suriyadan çıxarılmasını hesab edib.

keçmiş səfir Nədal Qəblan "Sputnik" xəbər agentliyinə müsahibəsində vurğulayıb ki, Dəməşqin Ankara ilə münasibətləri bərpa etmək üçün irəli sürə biləcəyi ən mühüm tələblər silahlı qüvvələrinin Suriya ərazisindən çıxarılması və terror qruplarına dəstəyin dayandırılmasıdır.

Sabiq səfir əlavə edib: "Türkiyə-Suriya münasibətlərində transformasiya Soçi və Tehran görüşündən sonra baş verdi. Türkiyə başçıları və Ankara hökuməti Suriyada hərbi güclə dəyişiklik etməyin mümkün olmadığına inandılar. Ona görə də siyasi həlldən başqa variant yoxdur.

N. Qəblan Dəməşqin Ankara ilə münasibətləri bərpa etmək üçün irəli sürə biləcəyi ən mühüm tələblər barədə deyib: "Türkiyə terror qruplaşmalarına dəstəyi dayandırmalıdır, İdlibin tam nəzarəti və suverenliyinin Dəməşq hökumətinə və bu əyalətdəki Bab əl-Havi keçidi və digər işğal olunmuş vilayətlər də daxil olmaqla ərazilərin Suriya hökumətinə qaytarılmasına kömək etməlidir. Dəməşq həmçinin Ankaradan öz qüvvələrini Suriyadan çıxarmağı və oradakı silahlı birləşmələri ləğv etməyi tələb edir.

Diplomat vurğulayıb ki, yalnız bu tələblər Ankara tərəfindən qəbul olanarsa, Türkiyə üçün Suriya hökuməti ilə münasibətlərdə yeni səhifə açmaqdan danışmaq olar.

Dəməşqin Ankaradakı sabiq səfiri müsahibəsinin davamında deyib: "Türkiyənin müdaxiləsi və çoxlu aqressiv və hücum hərəkətləri səbəbindən ağır xərc ödəmiş Suriya münasibətlərin yaxşılaşdırılmasını təmənnasız və ya ucuz qiymətə edə bilməz. Daha doğrusu, bu xərc Ərdoğanın Türkiyənin Suriyaya müdaxiləsinin vurduğu ziyan, dağıntı qədər olmalıdır."

Qeyd edək ki, seçki kampaniyasına qədəm qoyan Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyib Ərdoğan hökumətinin son vaxtlar Dəməşqlə münasibətləri bərpa etmək səyləri artmışdır və KİV-lər də iki ölkə liderləri arasında dialoqun mümkünlüyünü yazır.

342/