Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

31 may 2022

04:07:21
1262465

Sionist səfir niyə cənub bölgələrinə tez-tez səfər edir?

Sionist İsrail rejiminin Azərbaycan Respublikasındakı səfiri Corc Dik Zəngilanda "Ağıllı kənd"ə səfər edib

ABNA24 Xəbər Verir ,  hər dəfə Azərbaycan Respublikasının cənub rayonlarına gizlicə səfər etdikdən sonra Twitter hesabında məlumat yayan sionist səfir ənənəyə sadiq qalıb.

Corc Dik “Bizim İsrail şirkətlərinin öz texnologiyaları və “nau-hou”larını təqdim etdikləri Zəngilandakı ağıllı kəndə əla səfərimiz oldu”, - yazıb.

Sionist səfir təmsil etdiyi işğalçı rejimin nəyə görə Azərbaycan Respublikasında “qida təhlükəsizliyi” ilə maraqlanmalı olduğuna aydınlıq gətirmədən: “ Zəngilanda və hər yerdə qida təhlükəsizliyi bizim böyüyən tərəfdaşlığımızın əsas hissəsidir”, - deyə qeyd edib.

342/