Sənədlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, investisiya, yeni texnologiya, ətraf mühit, idman, enerji, məhkəmə sistemi, təhsil və turizm sahələrini əhatə edir.

30 may 2022 - 18:49

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası və Tacikistan arasında 17 sənəd imzalanıb.

İran İslam Respublikası və Tacikistan rəsmiləri iki ölkənin prezidentlərinin hüzurunda 17 əməkdaşlıq sənədi imzalayıb.

Sənədlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, investisiya, yeni texnologiya, ətraf mühit, idman, enerji, məhkəmə sistemi, təhsil və turizm sahələrini əhatə edir.

Qeyd edək ki, Tacikistan prezidenti İmamƏli Rəhman ötən gün İran İslam Respublikasının Prezidenti, cənab Ayətullah Seyyid İbrahim Rəisinin dəvətilə Tehrana səfər edib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!