Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
bazar ertəsi

30 may 2022

10:35:12
1262171

Suriya xalqı Türkiyənin işğalçılığına etiraz edib

Suriyanın Hələb şəhərinin əhalisi bir akisyada Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxmalarını tələb edib.

ABNA24 Xəbər Verir ,  Aksiyaçılar Türkiyənin və onun tabeliyində olan qüvvələrin Suriya ərazisindəki hərbi iştiraklarına etiraz ediblər.

Aksiyada Türkiyə qüvvələrinin Suriya ərazisindən dərhal çıxmalarını tələb edən bu ölkə xalqı Türkiyənin beynəlxalq qanunlara riayət və Suriya xalqının tələb və iradəsini qəbul etməsini istəyib.

Hələbin ətrafında yerləşən Təl-Rəfət şəhərində də oxşar etiraz aksiyası keçirilib.

Suriyanın ərazi bütövlüyü və suverenliyinə təkid edən etrazçılar bu ölkə ərazisinin terrorçuların vücudundan tamamilə təmizlənməsi istiqamətində Suriya ordusuna dəstək veriblər.

Suriya hökuməti də dəfələrlə Türkiyənin və «QSD»(Qe-Es-De) qüvvələrinin Suriya ərazisindəki hərbi iştiraklarına etiraz edib.

342/