30 may 2022 - 10:29
Tacikistan prezidenti Tehrana daxil olub

Tacikistan prezidenti İmaməli Rəhman yüksək səviyyəli siyasi-iqtisadi heyətlə Tehrana daxil olub.

ABNA24 Xəbər Verir ,  Tacikistanlı qonağı Tehranın Mehrabad hava limanında İranın energetika naziri Əli Əkbər Mehrabiyan qarşılayıb.

Rəsmi qarşılama mərasimi, İran və Tacikistan prezidentlərinin ikitərəfli danışlıqları, iki ölkənin yüksək səviyyəli heyətlərinin məşvərəti,/ iqtisadi, elmi, siyasi və mədəni sahələrdə bir neçə əməkdaşlıq sənədinin imzalanması və prezidentlərin mətbuat konfransı,/ İmaməli Rəhmanın Tehrana ikigünlük səfər proqramına daxildir.

342/