Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

28 may 2022

20:25:25
1261868

İran səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib - VİDEO

İran səfiri bildirib: “28 May-Müstəqillik Günü münasibətilə əziz Azərbaycan xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, İran və Azərbaycan xalqları üçün cansağlığı, rifah və əbədi dostluq arzu edirəm. Yaşasın İran və Azərbaycan dostluğu".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının qardaş Azərbaycan Respublikasındakı səfiri cənab Seyid Abbas Musəvi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Bu barədə İranın Azərbaycandakı səfiri "Facebook" səhifəsində Azərbaycan dilində videopaylaşım edib.

İran səfiri bildirib: “28 May-Müstəqillik Günü münasibətilə əziz Azərbaycan xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, İran və Azərbaycan xalqları üçün cansağlığı, rifah və əbədi dostluq arzu edirəm. Yaşasın İran və Azərbaycan dostluğu".

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!