Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

28 may 2022

19:52:58
1261866

Əliyevlər rejiminin tükənməyən vəhhabi sevvgisi. Suriyaya “seks cihadı”na göndərdiyi vəhhabi qadınları və qanunsuz uşaqları Azərbaycana gətirdi

Maraqlıdır, görən nədən əliyevlər rejimi Suriya və İraqa transfer etdiyi adam yeyən və seks cihadı ilə məşğul olan vəhhabi terrorçuları üçün bu qədər əziyyət çəkərək onları Azərbaycana gətizdirir, amma Rusiya ilə quru sərhədlərdə artıq demək olar ki, illərdir yatıb qalan, ailəsini dolandırmaqdan ötrü Rusiyaya iş dalınca gedən sadə Azərbaycan vətəndaşlarını doğma vətənlərinə belə buraxmır?!

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 2022-ci ilin 25-28 may tarixlərində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan azğın vəhhabi terrorçuların qalıqlarından 9-u uşaq və 2-si qadın olmaqla 11 nəfər Azərbaycan Respublikası vətəndaşı əliyevlər rejimi tərəfindən yenidən Azərbaycana qaytarılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verlib.

Qeyd olunub ki, repatriantlar arasında 6 və 9 yaşlarında olan 2 bacı hər iki adam başı kəsən “valideyn”ini itirib.

Vaxti ilə əliyevlər rejimi tərəfindən Suriya və İraqa müsəlmanların başlarını kəsmək üçün və vəhhabi terrorçularının cinsi tələbatlarını ödəmək üçün seks cihadına göndərilən şəxslərin Azərbaycana gətirilməsi İlham Əliyev rejimi tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Belə ki, ilk öncə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit olaraq keçidi təmin olunub.

Bununla bağlı, İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilmiş nümayəndələri repatriantların ilkin tibbi və psixoloji müayinəsini həyata keçirib, onlara zəruri yardım göstəriblər. Bundan sonra əliyevlər rejiminin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən vəhhabi terrorçularını və onların qanunsuz uşaqlarını “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”si və uçuş biletləri ilə təmin ediliblər.

2022-ci ilin 28 may tarixində əliyevlər rejiminin nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib. Müvafiq prosedurlar həyata keçirildikdən sonra onlar ailələri və qəyyumlarına təhvil veriləcəkdir.

əliyevlər rejimi tərəfindən müvafiq şəxslərin (terrorçuların) reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində əliyevlər rejiminin aidiyyəti qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti ilə yanaşı, terrorizmin əsas dəstəkçisi olan Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Əliyevlər rejimi bildirir ki, Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.

P.S: Maraqlıdır, görən nədən əliyevlər rejimi Suriya və İraqa transfer etdiyi adam yeyən və seks cihadı ilə məşğul olan vəhhabi terrorçuları üçün bu qədər əziyyət çəkərək onları Azərbaycana gətizdirir, amma Rusiya ilə quru sərhədlərdə artıq demək olar ki, illərdir yatıb qalan, ailəsini dolandırmaqdan ötrü Rusiyaya iş dalınca gedən sadə Azərbaycan vətəndaşlarını doğma vətənlərinə belə buraxmır?!

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!