Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə

27 may 2022

11:13:48
1261357

Livanın müasir tarixində ən böyük nailiyyət

Livan Hizbullahının baş katibi sionist rejim üzərindəki qələbəni ilahi günlərdən biri adlandırıb və deyib: Hizbullahın 2000-ci ildə əldə etdiyi nailiyyət, Livanın müasir tarixində ən böyük nailiyyətdir.

ABNA24 Xəbər Verir , Livanın sionist rejimin caynaqlarından azad edilməsinin ildönümü günü və Müqavimət Günü münasibəti ilə çıxış edən Seyid Həsən Nəsrullah, sədaqət əsasında bu yolda canlarını fəda etmiş bütün şəxslərə təşəkkür edib. Bildirib ki, 2000-ci il qələbəsi, o dırnaqarası “məğlubedilməz ordu”nun imicini darmadağın və “böyük İsrail” planını alt-üst etdi və öz torpaqlarını azad etmək üçün Fələstin xalqına bir daha ümid bəxş elədi.

Çıxışının digər bir hissəsində İran İslam Respublikasına təşəkkür edən Hizbullahın baş katibi bildirib ki, Tehran müqavimətə dəstək istiqamətində əlindən gələni əsirgəməyib.

O, həmçinin Müqavimət Cəbhəsinin məqsədlərinin irəlilədilməsində şəhid general-leytenant Hacı Qasım Süleymaninin rolunu yüksək dəyərləndirib.

Livan Hizbullahının baş katibi qeyd edib ki, bütün o fədakarlıq və canfəşanlıqlar xatırlanmalıdır, zira bu qələbə havayı əldə olunmayıbdır.

O, sonra söyləyib: Yeni nəsil Livanın cənubundakı nəzarət-buraxılış məntəqələrində baş vermiş alçaqlıq, təhqir və aşağlamalardan xəbərdar olmalı və bilməlidir ki, onların qardaş və ataları məhbəslərdə və insan hüquqlarının pozulması sahəsində hansı əzab-əziyyətlərə dözüblər.

Nəsrullah əlavə edib: Livan xalqı, özünü adi göstərməyə və regionun digər xalqları ilə əlaqəyə qurmağa çalışan sionist rejimin əsl simasını tanımalıdır.

342/