Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə

27 may 2022

11:07:41
1261349

İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Sabah, 1443-cü hicri qəməri ili şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı- İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

ABNA24 Xəbər Verir , İmam Cəfər Sadiq(ə) öz mübarək həyatı boyunca böyük elmi-mədəni hərəkata başlaya və şiə məktəbinin elmi əsaslarını möhkəmlədə bildi.

Dağıdıcı və anti-İslam təfəkkürlərin əsl İslam yolunda böyük bir təhlükə olduğu dövranda İmam Cəfər Sadiq(ə) öz elmi mübarizələri ilə anti-İslam təfəkkürlərin yayılmasına mane oldu.

İmam Cəfər Sadiq(ə)-ın söhbət və debatları, o həzrətin dəlilləri və məntiq qüdrəti,/ həmçinin dini şübhələrə cavab verməsi ilə,/ şiə məktəbinin canlanmasında çox mühüm rola malik olubdur.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin altıncı imamı-İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara başsağlığı verir.

342/