Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

26 may 2022

10:23:22
1261073

Yəmən qüvvələri Ərəbistanın ikinci PUA-nı vurublar

Yəmən Milli Qurtuluş Dövlətinin sözçüsü ötən sutka ərzində Ərəbistan hava qüvvələrinin ikinci PUA-nın vurulduğunu bildirib.

ABNA24 Xəbər Verir , Yəhya Əlsərii bir tvittdə yazıb ki, Yəmənin hava hücumundan müdafiə sistemi Ərəbistanın Nəcran şəhəri qarşısında yerləşən sərhəd cəbhəsində bu ölkənin hava qüvvələrinin casusluq PUA-nı vurmağı bacarıb. Atəşkəsi pozan həmin PUA təcavüzkar hərəkətlər törətməklə məşğul imiş.

Əlsərii əlavə edib: Bu pilotsuz yer-hava tipli raketlə vurulub.

Dünən də yəmənli qüvvələr Sənada Ərəbistan hava qüvvələrinin bir casusluq PUA-nı yer-hava tipli raketlə vurmuşdular.

Yəməndə ikiaylıq atəşkəsin icra edildiyi zamandan, yəni aprelin ikisindən bəri bu, Yəmənin vurduğu dördüncü səud pilotsuzudur.

342/