Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

25 may 2022

18:34:49
1260912

Yəmən Ordusu: Səudiyyə Hərbi Hava Qüvvələrinə məxsus növbəti pilotsuz təyyarə darmadağın edildi

Yəmən ordusu, ölkənin şimal-qərbində, işğalçı Səudiyyə Ərəbistanına aid üçüncü pilotsuz təyyarənin darmadağın edildiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri, Yəmənin şimalında işğalçı Səudiyyə Ərəbistanına məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

O, özünün Tvitter hesabında bəyan edib ki, Yəmən ordusunun müdafiəsi Nəcran sərhəd bölgəsində iki aylıq atəşkəs razılaşmasını pozan təcavüz və casusluq missiyasını yerinə yetirən Səudiyyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatı müəyyən edərək məhv edib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!