Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

24 may 2022

16:50:17
1260550

Türkiyə işğalçı dövləti Suriya xalqına qarşı yeni hərbi əməliyyata başlayır – İşğaldan hədəf nədir?

Məqsəd Suriya neftini rahat oğurlamaq, o cümlədən Türkiyənin cənubunu genişləndirməkdir. Lakin bölgədə Suriya Dövlətini dəstəkləyən Tehran və Moskva Türkiyə işğalçı dövlətinə bağlı suriyalı terrorçuların bölgədə möhkəmlənməsinə qarşıdır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Türkiyə işğalçı dövləti yenidən Suriya ərazilərini işğal etməyə və Suriya xalqına qarşı yeni hərbi əməliyyata hazırlaşır.

Bu barədə sionizim marioneti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib.

Heç bir yəhudi və xristian dövlətlərinə qarşı hərbi əməliyyatlar aparmayan anti-İslam Türkiyə dövlətinin prezidenti Ərdoğan işğal etdiyi Suriya torpaqlarının dərinliklərində Suriya xalqına qarşı yeni hərbi əməliyyatların aparılması barədə siqnal verərək deyib: “30 kilometr dərinlikdə “təhlükəsizlik bölgələri” yaradılması istiqamətində yarımçıq qalan işimizi tamamlamaq üçün yaxın zamanda hərəkətə keçəcəyik”.

Bu, “Fərat qalxanı”, “Zeytun budağı”, “Sülh çeşməsi” və “Bahar qalxanı” hərəkatlarından sonra Türkiyənin Suriyada beşinci işğalçı əməliyyatı olacaq.

Türkiyə illərdir Suriyanın şimalın işğal edərək burada 30 kilometr dərinliyində “təhlükəsiz” bölgə yaratmağa çalışır. Məqsəd Suriya neftini rahat oğurlamaq, o cümlədən Türkiyənin cənubunu genişləndirməkdir. Lakin bölgədə Suriya Dövlətini dəstəkləyən Tehran və Moskva Türkiyə işğalçı dövlətinə bağlı suriyalı terrorçuların bölgədə möhkəmlənməsinə qarşıdır.

Ərdoğanln düşüncəsi ilə Ukrayna müharibəsindən sonra yaranmış geosiyasi vəziyyət Türkiyənin Suriyadakı işğalçı planının icrasında yeni imkanlar açır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!