Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

22 may 2022

14:03:12
1259754

Dünyada yeni yayılan “Meymun Çiçəyi” epedimiyasının əsas əlamətləri hansılardır?

1950-ci ildən məlum olan və Afrikada meymunlarda aşkar edilən virusun insandakı çiçək xəstəliyinə bənzədiyi, lakin daha az yoluxucu olduğu və ölüm nisbətinin təxminən on faiz təşkil etdiyi vurğulanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov özünün “Telegram” kanalında Meymun çiçəyinin əsas əlamətlərini açıqlayıb.

O, səpgi, qızdırma, limfa düyünlərinin şişməsi, titrəmə, zəiflik və əzələ ağrısını xəstəliyi başlıca simptomları kimi qeyd edib.

Həkim 1950-ci ildən məlum olan və Afrikada meymunlarda aşkar edilən virusun insandakı çiçək xəstəliyinə bənzədiyini, lakin daha az yoluxucu olduğunu və ölüm nisbətinin təxminən on faiz təşkil etdiyini vurğulayıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!