Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

22 may 2022

13:28:28
1259750

Türk işğalçı qüvvələrinin İraqdakı hərbi bazasına dron hücumu təşkil olunub

Bu, işğalçı türk hərbi bazalarına partlayıcılı dronlarla ilk hücum olub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Türkiyə təcavüzkar dövlətinin İraqın şimal-şərqində yerləşdirdiyi qanunsuz hərbi bazası hücuma məruz qalıb.

Məlumata görə, hücmlar Türkiyə işğalçı qüvvələrinin Mosul yaxınlığında yerləşdirdikləri Zlikan düşərgəsinə yönəlib.

TASS xəbər agentliyinin bildirdiyinə görə, türk işğalçılarının hərbi obyekti partlayıcı ilə təchiz edilmiş iki dron vasitəsilə hədəfə alınıb.

Bu, işğalçı türk hərbi bazalarına partlayıcılı dronlarla ilk hücum olub.

Qeyd edək ki, İraq Silahlı Birləşmələrinin Həşdu Şəbi Qüvvələri Türkiyə rejimini dəfələrlə İraqı işğal etməkdən əl çəkməsini istəmiş, əks təqdirdə təcavüzkarlara qarşı hərəkətə keçəcəklərini bildirmişlər.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!