Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

11 may 2022

21:37:55
1256782

Ayətullah Fazil Lənkərani: Bəqidə imamların qəbirlərinin dağıdılmasında əsas məqsəd xalqı imamətdən ayırmaqdır

Ali Təqlid Mərcəsi Ayətullah Lənkərani "hansı dəlilə əsasən qəbir üzərində Günbəd, Bargah və Məscidin tikintisinə şirk deyilir?!" sualını verərək sözünə belə davam edib: "Əgər kimsə bir yerdə dəfn olunubsa, o qəbrin sahibini əzəmətlə yad etmək məqsədi ilə, bir tarixi və, həqiqəti və ya bir ölkənin tarixini qorumaq hədəfi ilə, xüsusən də əgər o tarix dinlə bağlıdırsa bunun harası Şirkdir?! Harada bu qadağan olunub?!

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Pak İmamların (əleyhimus səlam) Fiqhi Mərkəzinin rəhbəri imamların qəbirləri üzərində Bargahın olmasının Şirklə heç bir əlaqəsi olmadığının aydın bir məsələ olduğunu vurğulayaraq bildirib: "Həzrət Peyğəmbərin (sələllahu əleyhi və alih) və məsum İmamların (əleyhimus səlam) qəbirləri üzərində bargahların və hərəmlərin olması Allahın Şüarlarının əzəmətli tutulmasının mühüm nümunəsidir."

Ayətullah “Məhəmməd Cavad Fazil Lənkərani” hicri qəməri tarixi ilə 1344-cü ildə Mədinədə on beş vəhhabi aliminin fətvaları ilə İslama və İslam tarixinə qarşı böyük zülm və cinayətin baş verdiyinə işarə edərək buyurublar: “Bəqi qəbristanlığında məsum imamların (əleyhimus səlam) hərəmləri dağıdıldı. Vəhhabilər prinsipcə əsassız bir fətva ilə həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəmini də dağıtmağa çalışdılar, lakin Allaha şükür buna nail olmadılar.”

Ali Təqlid Mərcəsi Ayətullah Lənkərani "hansı dəlilə əsasən qəbir üzərində Günbəd, Bargah və Məscidin tikintisinə şirk deyilir?!" sualını verərək sözünə belə davam edib: "Əgər kimsə bir yerdə dəfn olunubsa, o qəbrin sahibini əzəmətlə yad etmək məqsədi ilə, bir tarixi və, həqiqəti və ya bir ölkənin tarixini qorumaq hədəfi ilə, xüsusən də əgər o tarix dinlə bağlıdırsa bunun harası Şirkdir?! Harada bu qadağan olunub?!

O əlavə edib: "Aydındır ki, İslam və Quran haqqında ən az məlumatı olan hər kəs anlayır ki, şirk Allahla yanaşı başqa bir məbuda ibadət etməkliyə deyilir. Şirk Allahla yanaşı başqa bir məbuda tapınmağlığa deyilir. Və "Allahla yanaşı digər ilaha ibadət etmə!" ayəsi bu məsələdə əsas meyardır, ancaq bir məmləkətin tarixini, bir dinin tarixini qoruyub saxlamaq üçün, qəbr sahibinin böyüklüyünü ifadə etmək və bu qəbr sahibinin digər qəbr sahiblərindən fərqləndirməkdən ötrü qəbrin üzərində günbəd, hərəm və bargah tikilirsə bunun harasına şirk deyilir?!

Qüdsdə Davud (əleyhi səlam) kimi islamdan əvvəlki peyğəmbərlərin qəbirləri üzərində, Əl-Xəlil bölgəsində Yaqub, İbrahim, İshaq və s. peyğəmbərlərin (əleyhimus səlam) qəbirləri üzərində günbəd, bargah və hərəmlər vardır. İslamdan sonra da baş verən müharibələrdə müsəlmanlar o yerləri fəth etdilər, heç kim gəlib demədi ki, bunlara şirk deyilir! Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) zamanında üzərində otaq və bargah olan bir türbə idi və Peyğəmbər (sələllahu əleyhi və alih) bunu qadağan etməmişdir və hətta Peyğəmbərin (sələllahu əleyhi və alih) özünün zamanında vəfat etmiş bəzi səhabələrin qəbrləri üzərində bargahlar tikilmiş və Peyğəmbər (sələllahu əleyhi və alih) tərəfindən qadağan edilməmişdir. Peyğəmbərdən sonra da Onun qadınlarının və bəzi övladlarının qəbrləri üzərində tikilmiş bargahlara   Peyğəmbərin səhabələri: "Bunları şirkdir!" deməmişlər! İbn Teymiyyə bu qədər yalan ifadəni haradan gətirib?!

O, sözünə davam edərək vəhhabilik və bəhailiyin inanc və hökmlərdə, o cümlədən şirk məsələsinin təhrif edilməsində böyük rol oynadıqlarına diqqət çəkərək deyib: "Onlar bu qəbirlərin sahibləri ilə camaat arasında ayrılıq salmaqdan ötrü dedilər ki, qəbirlərin ziyarəti və qəbirlər üzərində günbəd və hərəmlərin tikilməsi şirkdir! Halbuki onların imamların qəbirlərini dağıtmaqda əsas məqsədləri camaatı imamətdən ayırmaqdır. Və bu azğın əməllərinə şəri don geyindirməkdən ötrü "şirk" ünvanından istifadə etdilər."

Ayətullah Fazil Lənkərani "VII-VIII əsrlərdə necə oldu ki, şirk ünvanı əmələ gəldi? Və necə oldu ki, bu yeddi əsr ərzində müsəlmanlar bunu şirk hesab etmədilər və qəbirlər üzərində bargah tikib, qəbirləri ziyarət etməyi şirk saymadılar?! Axı yeddinci əsrdən sonra bunlar necə şirk oldular?! sualını veərək deyib: "Məgər yeddinci əsrə qədər alimlər olmayıbmı, dindən və Əhli-beytdən xəbərdar olanlar, səhabələr və tabeinlərdən bir nəfər yoxudurmu ki, desinlər bu şirkdir?!

Ayətullah Fazil Lənkərani İmamların (əleyhimus səlam) hərəminin inkişafını tənqid edənlərə cavab olaraq deyib: “İran və İraqda ziyarətgahının inkişaf etdirilməsi və bəzədilməsinin aspektlərindən biri də bəşəriyyətə onların istisna olunmuş insanlar olduğunu, və Allahla insanlar arasında höccət və dəlil olduqları üçün insanlarda ortaq olmayan xüsusiyyətlərə malik olduqlarını söyləməkdir. İndi Məşhədə gələn hər bir şəxsin sualı budur ki, bu necə insandır ki, hamı ona bu belə əzəmət qaildir? Və bu sual onu doğru yola hidayət edir.”

Ayətullah Lənkərani Əhli-beyti (əleyhimus səlam) ziyarət etməyin faydalarından birinin də zülmə məruz qalmamaq kimi qeyd edib və deyib: "Əhli-beytə (əleyhimus səlam) bağlı olan insanlar bilirlər ki, zalım hökuməti qəbul etməməli və “Allah kafirlərə möminləri (məğlub etməyə ) yol verməz!” ayəsinə əməl etməlidirlər. Xalq bilir ki, İmamlarımız buyurduqda ki, "insan zalım hökmdarı gücləndirmək üçün qələmini mürəkkəbə vurub yazarsa, bu açıq aydın haramdır" bu işdən çəkinəcəklər. İnsanlar bu cür tərbiyə olunduqda, onlar saleh hökumətin ardınca gedəcəklər, saleh hökmdarın ardınca olacaqlar, Allah-Təalanın dediyi hökumətə tabe olacaqlar və bu da düşmənlər üçün problemdir."

Sonda o, Bəqi qəbristanlığındakı məsum imamlarının (əleyhimus səlam) qəbirlərinin dağıdılmasını Zil-Qurbaya məvəddət bəsləməyliyin vacibliyi ilə ziddiyyət təşkil etdiyini vurğulayaraq deyib: "Şübhəsiz ki, bu hərəkət Qurana, Allahın və Rəsuli-Əkrəmin (sələllahu əleyhi və alih) rizasına ziddir"

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!