Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

6 may 2022

04:04:43
1254944

Rəsmi Bakının İraq və Suriyaya göndərilən azərbaycanlı İŞİD üzüvlərilə bağlı sosial reabilitasiya planı – Foto

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 2011-2017-ci illər arasında Qərbi Asiya ölkələrində Suriya və İraq hökümətlərinə qarşı müharibəyə göndərilən və İŞİD, Nüsrə, Livau Şam əl-Muhacirin və s kimi vəhhabi terror qruplaşmalarında döyüşən azərbaycanlı əhli-sünnə vəl cəmaə ardıcıllarının İraq və Suriyadan repatriasiya olunmuş arvad və uşaqları ilə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 2011-2017-ci illər arasında Qərbi Asiya ölkələrində Suriya və İraq hökümətlərinə qarşı müharibəyə göndərilən və İŞİD, Nüsrə, Livau Şam əl-Muhacirin və s kimi vəhhabi terror qruplaşmalarında döyüşən azərbaycanlı əhli-sünnə vəl cəmaə ardıcıllarının İraq və Suriyadan repatriasiya olunmuş arvad və uşaqları ilə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlayıb.

Nazirlikdən verilən xəbərə görə, səyyar formada həyata keçirilən psixoloji konsultasiyalar zamanı travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilir.

Nəticəsinə uyğun olaraq həm repatriasiya edilmiş uşaqlar, həm də ailə üzvləri ilə psixoloji və sosial-psixoloji dəstək işləri aparılır.

Aprel ayı ərzində artıq 20 ailəyə səfərlər edilib və 46 nəfəri uşaq olmaqla, ümumilikdə 57 repatriantla 62 seans həyata keçirilib.

2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!