Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

4 may 2022

19:54:29
1254579

İşğalçı Türkiyə ordusu rəsmi Bağdadın icazəsi omadan İraqda təcavüzkar əməliyyatlar həyata keçirib

Kürdlər İraqın şimalında işğalçı Türkiyə ordusunun "Pençe-Kaplan" adı çərçivəsində həyata keçirtdiyi təcavüzkar əməliyyatında oldürülüb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, işğalçı Türkiyə Müdafiə Nazirliyi İraqda yeni hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

İşğalçı Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Türkiyə xüsusi təyinatlıları 5 İraq kürdü zərərsizləşdirib.

Kürdlər İraqın şimalında işğalçı Türkiyə ordusunun "Pençe-Kaplan" adı çərçivəsində həyata keçirtdiyi təcavüzkar əməliyyatında oldürülüb.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri rəsmi NATO işğalçı alyansın dəstəyini alaraq rəsmi Bağdadın icazəsi olmadan anti-terror hiyləsi ilə İraqın şimalını işğal edib. Kürd silahlı qüvvələrinin gərərgahlarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!