Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə axşamı

28 aprel 2022

21:46:52
1252793

Atəşkəsin pozulmasının məsuliyyəti təcavüzkar ölkələrin üzərinə düşür

Yəmən Ənsarullah hərəkatının sözçüsü bu gün səhər saatlarında bir tvittdə səud koalisiyasının bu ölkədə atəşkəs razılaşmasının pozulmasında tam məsuliyyət daşıdığını bildirib.

ABNA24 Xəbər Verir , Məhəmməd Əbdüssəlam həmin tvittdə yazıb: Atəşkəsin ilk ayı,/ razılaşmanın/ Səna beynəlxalq hava limanının yenidən açılması kimi ən mühüm maddələrində heç bir irəliləyiş baş vermədən, başa çatmaq üzrədir.

O, sonra yazıb: Atəşkəsin icrası ilə bağlı inkaretmə, boyunqaçırma və pozuntu üzrə tam məsuliyyət təcavüzkar ölkələrin üzərinə düşür və BMT də əldə olunmuş razılaşma əsasında öz vəzifələrinə əməl etməlidir.

Yəmən mülki aviasiya və hidrometeorologiya təşkilatının sədr müavini Raid Talib Cəbəl bundan öncə demişdi ki, təcavüzkar koalisiya ölkələri qərar üzrə bazar günü Səna beynəlxalq hava limanına enməli olan Yəmən hava yolları şirkətlərinin təyyarələrinə eniş icazəsinin verilməsindən boyun qaçırıblar.

342/