Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

23 aprel 2022

11:16:56
1250746

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının İsveçdə Qurani-Kərimin təhqir edilməsini pisləyən bəyanatı

İsveç hökuməti və digər Avropa ölkələri bu aşkar prinsipi tanımalı və təsdiq etməlidir ki, heç bir İlahi dinin müqəddəslikləri “ifadə azadlığı” bəhanəsi ilə təhqir edilə bilməz.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, yaxın günlərdə sülh və insan haqqlarından dəm vuran İsveçdə rəsmilər tərəfindən Qurani-Kərimin təhqir edilməsi dünyada rezonansa səbəb oldu. Bu vəhşilikə və İlahi dəyərlərin alçaldılmasına etiraz olaraq Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bəyanat yayaraq bu çirkin əməli pisləyib.

 

Bəyanatın tam mətni belədir:

 

Bismihi Təala

 

Digər dinlərin bir çox ardıcıllarının da müsəlmanlarla həmrəy olduqları, onların inanc və ayinlərinə hörmət etdikləri müqəddəs Ramazan ayında İsveçin siyasi partiyalarından birinin durub Qurani-Kərimi aşağılayaraq, təhqir etməsi bütün müsəlmanların və azad insanların qəlbini ağrıtdı.

İki milyarda yaxın insanın inanclarına qarşı bu açıq-aşkar hücuma, onların dininə və İlahi kitabına edilən təhqirə dözmək və ya susmaq qeyri-mümkündür. Bu hərəkət əvvəlki illərdə müqəddəs Peyğəmbəri (s) təhqir edən karikatura və filmin çəkilməsi kimi iyrənc və nifrət dolu cəhdlərin təkrarıdır.

Bu cür ağılsız və ekstremist hərəkətlər irqçi və mənfur hərəkətlərdir ki, İslam ümmətinin hisslərini qızışdırmaqla yanaşı, nifrət və zorakılığı alovlandırır, birgəyaşayış çağırışı və dünya sülhünün reallaşması istiqamətində hərəkatı təhlükə altına alır...

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası bu çirkin və qeyri-insani addımı pisləməklə yanaşı, İsveç hökuməti və parlamentini qanun qəbul etməklə dinlərin əqidə və kitablarına qarşı təhqiri cinayət hesab etməyə və belə hadisələrin təkrarlanmasının qarşısını almağa çağırır.

İsveç hökuməti və digər Avropa ölkələri bu aşkar prinsipi tanımalı və təsdiq etməlidir ki, heç bir İlahi dinin müqəddəslikləri “ifadə azadlığı” bəhanəsi ilə təhqir edilə bilməz.

 

Ümümdünya Əhli-Beyt (ə) Assambleyası

31 Fərvərdin 1401

20 Aprel 2022

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!