Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

21 aprel 2022

18:56:27
1250376

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Kabulun qərbində törədilən yeni terror aktlarıyla bağlı bəyanatı

Allah və xalq düşmənləri keçən ilin mübarək Ramazan ayı kimi bu il də Kabulda məzlum şiələrin məktəblərinə hücum edərək çoxlu günahsız insanları qətlə yetirdilər; Bəs bu ağrını hara aparaq ki, törədilən cinayətlərin hədəfi günahsız uşaqlar və yeniyetmələr olub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Kabulun qərbində Şiə məktəbli uşaqlarına qarşı törədilən yeni terror aktları ilə bağlı bəyanat yayıb.

 

Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının bəyanatında deyilir:

 

Şəhidlərin və Sadiq insanların Rəbbinin Adı ilə

“Kabul Tebyan Mərkəzi”, “Dəşt Bərçi Şəhidlər Məktəbi” və “Kunduz və Qəndəharda Şiə Məscidləri”ndə törədilən terror aktlarında İslam ümmətinin şagirdləri, tələbələri və əziz övladlarının itkisinin hüznü və ürək dağı soyumamış növbəti bir cinayətin və terror hadisəsinin dəhşəti ürəklərimizə yaxdı.

Allah və xalq düşmənləri keçən ilin mübarək Ramazan ayı kimi bu il də Kabulda məzlum şiələrin məktəblərinə hücum edərək çoxlu günahsız insanları qətlə yetirdilər; Bəs bu ağrını hara aparaq ki, törədilən cinayətlərin hədəfi günahsız uşaqlar və yeniyetmələr olub.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası əziz Əfqanıstan xalqına, xüsusilə də bu faciənin qurbanlarının ailələrinə başsağlığı verərək həmrəylik ifadə edir və bu cinayəti qətiyyətlə pisləyir və belə vəhşi hücumların səbəbkarlarının cəzalandırılmasını tələb edir.

Assambleya həmçinin Əfqanıstanda Şiə və Sünnilərin, bütün irqi və etnik qrupların birliyinin zəruriliyini bir daha vurğulayır və ölkə rəhbərlərini söz verildikləri kimi Şiələrin elmi, təhsil, mədəni və dini obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırır...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!