Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

19 aprel 2022

14:52:49
1249666

Kabilin Şiə rayonunda bir neçə partlayış / Onlarla azyaşlı tələbə şəhid oldu

Əfqanıstan mediası Kabilin qərbində, şəhərin Şiə rayonundakı təlim mərkəzlərində bir neçə partlayışın baş verdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kabilin qərbində Şiələrin yaşadığı ərazidə təlim mərkəzlərində törədilən silsilə terror aktları nəticəsində bir neçə uşaq və yeniyetmə şəhid olub və ya yaralanıb.

Əfqanıstan media mənbələri bildirib ki, ilk partlayış Kabilin qərbindəki Qale-No bölgəsindəki xüsusi məktəbdə baş verib və hadisə şahidləri bir neçə nəfərin yaralandığını bildirib.

Birinci partlayışdan sonra Kabilin qərbindəki “Əbdül Rəhim Şəhid” məktəbində isə ardıcıl iki partlayış baş verib.

Partlayışları təsdiqləyən Kabil polisinin sözçüsü Xalid Zərdan deyib: “18-ci məhəllədə Əbdül Rəhim Şəhid məktəbində baş verən üç müxtəlif partlayış həmyerlilərimizin ölümü ilə nəticələnib”.

Əbdül Rəhim Şəhid məktəbinin müəllimi Zəkəriyyə Ülfət “Afganistan Daily Information” qəzetinə bildirib ki, ilk hücum tələbələr məktəbi asudə vaxtlarında tərk edərkən baş verib.

Zəkəriyyə Ülfət, birinci partlayış nəticəsində təxminən 20-25 şagirdin şəhid olduğunu açıqlayaraq, əlavə edib: “İkinci partlayış baş verən zaman məktəbdə müəllimlər şagirdlərin həyatını xilas etmək üçün onları təhlükəsiz dəhlizlərdə yerləşdirən halda ikinci partlayış baş verdi”.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!