Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
bazar ertəsi

18 aprel 2022

17:29:27
1249269

Əl-Əzhərin Şeyxi: "Quran əxlaqı qanun olmalıdır"

Əl-Əzhərin Şeyxi televiziya ilə verdiyi açıqlamada insanları Qurani-Kərimdə vurğulanan nəcib əxlaqa riayət etməyə məcbur etmək üçün qanunvericiliyə ehtiyac olduğunu bildirib.

ABNA24 Xəbər Verir ,Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Misirin Əl-Həyat şəbəkəsində yayımlanan "Əl-İmam Əl-Tayyib" proqramındakı çıxışında deyib: "Qurani-Kərim ilahi əmr və qadağalar var. Amma insanlara Quranda qeyd olunan ülvi əxlaqa məcbur edən bir qanuna ehtiyacımız var ki, insanlar başqaları ilə ünsiyyətdən kənara çıxsalar, onları tərbiyə etsinlər."

O, bildirib ki, insan özü haqqında yalan eşidər və övladlarına, ailəsinə və həyat yoldaşına qarşı özünü müdafiə edə bilməz. Bu fenomen üçün çəkindirici qanun qəbul edilməlidir. Halbuki Uca Allah örtməyi və gizlətməyi əmr edir. Ona görə də müsəlman bir pislik görsə, onu örtməlidir.

Əl-Əzhərin Şeyxi demişdir ki, hər kim qardaşının pis işini axtararsa, Allah onu mütləq rüsvay edər. Belə bir iş görən tövbə etməli və ona zülm edəndən bağışlanma tələb etməlidir.

342/