Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
bazar

17 aprel 2022

10:23:54
1248714

Səud koalisiyası 61 dəfə Yəməndə atəşkəsi pozub

Təcavüzkar səud koalisiyası bir daha Yəməndə atəşkəsi pozub.

ABNA24 Xəbər Verir , Yəməndəki hərbi bir mənbə dünən gecə bu ölkənin rəsmi Səba informasiya agentliyilə müsahibədə bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən sutka ərzində 61 dəfə Yəməndə atəşkəsi pozublar.

Bu hərbi mənbənin bildirdiyinə görə, atəşkəsin pozulması halları Marib və Ləhc əyalətlərindəki hədəflərə tərəf atəşin açılması, raket hücumları və Yəmən əyalətlərinin səmasında qırıcıların və casusluq təyyarələrinin uçmalarından ibarət olub.

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrunberq aprelin birində Yəməndə ikiaylıq atəşkəsin bərqərarından xəbər versə də bu atəşkəs hər gün səud koalisiyası tərəfindən pozulur.

342/