Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

13 aprel 2022

11:00:13
1247576

Səud koalisiyası Yəməndə dalana dirənib

Ənsarullah lideri bəyan edib ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası Yəməndə dalana dirənib və məğlubiyyəti açıq-aşkar görünür.

ABNA24 Xəbər Verir , Əbdülməlik Bədrəddin əl-Husi son zamanlarda atəşkəs təşəbbüslərinə diqqət çəkərək Səud koalisiyasının düşdüyü vəziyyət barədə deyib ki, Yəməndə münaqişənin ilk günündən Səudiyyə Ərəbistanı ölkəni tam nəzarətə götürmək istəyirdi. Onlar geniş imkanlarına arxalanıb, bunu qısa zamanda edəcəklərini deyirdilər. Amma indi dalan dirəniblər.

Hərəkat liderinin fikrincə, düşmənlər istədikləri məqsədlərinə çata bilməyiblər və çoxlu zərər və xəsarətlərlə üzləşiblər. Yəmən xalqı çoxlu qələbələr əldə edib. Müqavimətin nəticəsində çətin vəziyyət fürsətə çevrilib”, deyə o əlavə edib.

342/