Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

12 aprel 2022

19:27:23
1247457

Almaniyada inflyasiya pik həddinə çatıb, enerji qıtlığı Almaniyanı çökdürür!

Mart ayında inflyasiya illik 7,3 faiz artıb. Belə yüksək göstəricilər sonuncu dəfə Almaniya Federal Respublikasında 40 ildən bundan öncə - Fars körfəzi regionunda baş verən birinci müharibədən sonra qeydə alınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Federal Statistika İdarəsinin çərşənbə axşamı, aprelin 12-də verdiyi məlumata görə, Almaniyada inflyasiya yenidən Qərbi və Şərqi Almaniyanın birləşmədən bəri ən yüksək həddinə çatıb və istehlak qiymətləri mart ayında fevralda olan 5,1 faizdən 7,3 faiz artıb. Belə böyük sıçrayışın əsas səbəblərindən biri enerji qiymətlərinin artması olub - illik hesablamada onlar 39,5 faiz bahalaşıb.

2022-ci il mart ayının ortalarında Berlində yanacaqdoldurma məntəqəsindəki qiymətlər

 

Almaniyanın “Dw” xəbər saytının məlumatına görə, keçmiş Qərbi Almaniyanın ərazisində belə yüksək inflyasiya səviyyəsi sonuncu dəfə 1981-ci ilin payızında, Fars körfəzi regionunda birinci müharibə nəticəsində enerjinin bahalaşması nəticəsində qeydə alınıb. İndi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda mazut, yanacağın, təbii qazın və bəzi ərzaq məhsullarının qiymətləri kəskin şəkildə qalxmaqda davam edir.

Son vaxtlar Almaniyada mazut qiymətləri iki dəfədən çox, yanacağın qiymətləri 47,4 faiz, təbii qaz 41,8 faiz, elektrik enerjisi 17,7 faiz bahalaşıb. Statistika idarəsi qeyd edib ki, enerji qiymətlərində artım olmasaydı, inflyasiya 3,6 faiz təşkil edəcəkdi.

Ərzaq qiymətlərinin artması

Almaniyada ərzaq qiymətləri illik müqayisədə 6,2 faiz artıb. Bitki yağları və yağlar (17,2 faiz) və təzə tərəvəzlər (14,8 faiz) xüsusilə güclü artmışdır.

Ukrayna və Rusiya kənd təsərrüfatı məhsullarının mühüm istehsalçıları və tədarükçüləridir. Ukrayna və Rusiya arasındakı müharibə fonunda Fevral ayı ilə müqayisədə Almaniyada istehlak qiymətləri 2,5 faiz artıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!