Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

9 aprel 2022

13:21:02
1246342

Yəmənin xain prezidenti Mənsur Hadinin istifadə müddəti sona yetdi

Seyid Məhəmməd Əli əl-Husi: “Abdu Rabbih Mansur Hadi səlahiyyət müddətini başa vurub və onun rəhbərlik səlahiyyətini başqasına həvalə etmək haqqı yoxdur.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanına qaçan və ölkəsinin məzlum xalqına qarşı 6 illik hücumun təşkilatçılarından biri olan Yəmənin istefa vermiş xain və fərari prezidenti “Abdu Rabbih Mansur Hadi”, prezident yanında Rəhbərlik Şurasını yaradmaqla bütün səlahiyyətlərini bu şuraya həvalə edib və bununla da rəsmən onun istifadə müddəti sona yetib.

Buna cavab olaraq Yəmənin Ali Siyasi Şurasının üzvü Seyid Məhəmməd Əli əl-Husi Twitter səhifəsində yazıb:

“Abdu Rabbih Mansur Hadi səlahiyyət müddətini başa vurub və onun rəhbərlik səlahiyyətini başqasına həvalə etmək haqqı yoxdur.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!