Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
bazar ertəsi

4 aprel 2022

14:08:12
1244622

Yəməndə atəşkəs pozuldu

Təcavüzkar səud qüvvələri dünən gecə Yəmənin Səədə əyalətinin Şədaa rayonundakı bəzi məhəllələri artilleriya və raket atəşlərinə tutublar; nəticədə üç mülki həyatını itirib.

ABNA24 Xəbər Verir , Qeyd edək ki, bu hücumlardan öncə BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirmişdi ki, Yəməndə iki ay müddətinə atəşkəs şənbə günü saat 19-dan başlanacaq və bütün hava, quru və dəniz hərbi-hücum əməliyyatları dayandırılacaq.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii dünən axşam saatlarında atəşkəsin icra olunmasına reaksiyada tvitter-də belə yazdı: Qarşı tərəfin sadiq qalacağı təqdirdə, biz də hərbi əməliyyatların tam şəkildə dayandırılmasına sadiq qalacağıq.

342/