Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

3 aprel 2022

13:41:02
1244252

Heratın Şiə bölgəsində terror aktı nəticəsində onlarla şəhid və yaralananlar var – Fotoreportaj

Hücuma görə ABŞ və sionizmin Səudiyyə və Türkiyə rejimi ilə birgə istehsalı olan qondarma “İŞİD” terror qruplaşmasının qalıqları məsuliyyəti üzərinə götürüb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Herat şəhərinin şiə bölgələrindən biri olan Cibril qəsəbəsi bu gün 1 aprel 2022-ci il cümə günü terror əməliyyatına şahidlik edib.

Məlumata görə, partlayış bu ərazidə yerli "Səngirk" oyunu üçün insanların toplaşdığı yerdə baş verib.

Heratdakı tibb mənbələri 5 şəhidin və 13 yaralının cəsədinin şəhərdəki tibb mərkəzlərinə təhvil verildiyini bildirib.

Bəzi KİV-lər Cibril şəhərində baş verən partlayışda 10 nəfərin şəhid olması, 40 nəfərin yaralanması barədə məlumat yayıblar.

Hücuma görə ABŞ və sionizmin Səudiyyə və Türkiyə rejimi ilə birgə istehsalı olan qondarma “İŞİD” terror qruplaşmasının qalıqları məsuliyyəti üzərinə götürüb.

Taliban rəsmiləri Cibril qəsəbəsindəki partlayışla bağlı hələlik şərh verməyib.

Şiələrin yaşadığı Heratın Cibril qəsəbəsi əvvəllər də ölümcül partlayışların hədəfi olub.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!