Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə

1 aprel 2022

08:07:43
1243610

Yəmən Silahlı Qüvvələri: Mühasirə qaldırılmadan sülh yoxdur

Yəmənin Ali Siyasi Şurası və bu ölkənin silahlı qüvvələrinin sözçüsü səud koalisiyasının hərbi əməliyyatlarını dayandırması barədə açıqlamasına cavab olaraq, vurğulayıblar ki, mühasirə qaldırılmadan sülh olmayacaq.

ABNA24 Xəbər Verir , Səna hökumətinin səud koalisiyasına Yəmənə qarşı hərtərəfli hücumları və mühasirəni dayandırması üçün verdiyi üç günlük möhlət çərşənbə günü axşam başa çatıb.

Yəmən rəsmiləri bazar günü axşam saatlarında Səudiyyə Ərəbistanı ilə bütün daxili və xarici cəbhələrdə birtərəfli atəşkəsin başladığını elan edərək, səud  koalisiyasının Yəmənə qarşı bütün hücumları və mühasirəni dayandırmaq təklifinə üç gün ərzində cavab verəcəyi təqdirdə daimi atəşkəsin elan ediləcəyini vurğulayıblar.

Yəmənin Ali Siyasi Şurası çərşənbə günü axşam bir bəyanat yayaraq, səud  koalisiyasının ciddi və davamlı sülh planına aydın və birmənalı cavab vermədiyi üçün təəssüfünü bildirib.

Bəyanatda deyilir. "Bu plan, şübhəsiz ki, Yəmənin sülhün və mehriban qonşuluğun qaytarılmasını istədiyini göstərdi".

Yəmənin Ali Siyasi Şurası düşmənin niyyətləri barədə tam məlumatlı olduğunu bildirərək, qeyd edib ki, Yəmən çox yaxşı bilir ki, düşmən vaxt öldürür və aqressivlik, təkəbbür və reallıqdan yayınmaq üçün başqa yollar axtarır.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii də çərşənbə günü axşam saatlarında bəyan edib ki, blokada ləğv edilmədən Yəmən və Səudiyyə koalisiyası arasında sülh olmayacaq.

342/