Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi Trend-ə əasən
cümə axşamı

31 mart 2022

23:02:36
1243568

Somalidə "əş-Şəbab" vəhhabi terrorçuları Bulo Marer şəhərinə daxil olub

Məlumata əsasən, hökumət bölmələri şəhər mərkəzindən kənara çəkilib və onun kənarında, Kambaridəki ordu bazasında cəmlənib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Əş-Şəbab” vəhhabi terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo Marer şəhərinə daxil olub.

Bu barədə "Goobjoog News" xəbər portalı bildirib.

Məlumata əsasən, hökumət bölmələri şəhər mərkəzindən kənara çəkilib və onun kənarında, Kambaridəki ordu bazasında cəmlənib. Orada, həmçinin Afrika İttifaqının Somalidəki Missiyasından (AMISOM) olan Uqanda kontingenti yerləşib.

Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələlə verilməyib. Bulo Marer Somalinin paytaxtı Moqadişudan 100 km cənubda yerləşir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!