Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə axşamı

31 mart 2022

13:15:41
1243309

Məhəmməd Əl-Bəxiti: "Bu kifayət deyil; Hərbi əməliyyatlarımız mühasirəni qırmaq üçün davam edəcək"

Yəmən Milli Qurtuluş Hökumətinin siyasi bürosunun yüksək rütbəli üzvü deyib: "Yəmənə qarşı mühasirə aradan qaldırılmasa Səud koalisiyasının hərbi əməliyyatlarını dayandırması barədə açıqlaması mənasızdır".

ABNA24 Xəbər Verir , Martın 29-da səudiyyə koalisiyası bu gün səhər saat 6-dan başlayaraq, Yəməndə hərbi əməliyyatları dayandırdığını elan edib.

"Əl-Məyadin"in məlumatına görə, Məhəmməd Əl-Bəxiti səud koalisiyasının bu iddiasına reaksiyada, öz tvitter səhifəsində yazıb: "Mühasirə silah gücü ilə tətbiq olunduğu üçün hərbi əməliyyat sayılır, buna görə də mühasirənin götürülmədiyi təqdirdə səud koalisiyasının hərbi əməliyyatlarını dayandırması barədə bəyanatı mənasız olacaq".

Yəmənli rəsmi əlavə edib: "Yəmənlilərin mühasirədən çəkdiyi əziyyət müharibənin özündən daha ağırdır və bu, mühasirəni qırmaq üçün Yəmən ordusunun hərbi əməliyyatlarının davam etməsi deməkdir". 

342/