Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

29 mart 2022

11:04:05
1242828

Seyid Əbdülməlik əl-Husi Səudiyyə koalisiyasına xəbərdarlıq etdi / Atəşkəs fürsətini qaçırmayın

Hərəkatın üç günlük birtərəfli atəşkəs elanından sonra etdiyi çıxışda o, Səudiyyə Ərəbistanı və BƏƏ-nin başçılıq etdiyi ərəb təcavüz koalisiyasının üzvü olan dövlətlərə tövsiyə edib: “Bu fürsətdən istifadə edin, çünki fürsəti əldən verdiyiniz üçün sonra peşman olacaqsınız”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi yaxınlaşan mübarək Ramazan ayı münasibəti ilə etdiyi çıxışda bu münasibətlə təbrik edərkən deyib: “Yəmənə qarşı təcavüzün səkkizinci ili səsi bütün dünyanı bürüyən “Mühasirəni yarmaq 3” əməliyyatı ilə başladı”.

Hərəkatın üç günlük birtərəfli atəşkəs elanından sonra etdiyi çıxışda o, Səudiyyə Ərəbistanı və BƏƏ-nin başçılıq etdiyi ərəb təcavüz koalisiyasının üzvü olan dövlətlərə tövsiyə edib: “Bu fürsətdən istifadə edin, çünki fürsəti əldən verdiyiniz üçün sonra peşman olacaqsınız”.

Yəmənin Ənsarullah hərəkatının lideri əlavə edib: “Təcavüz və mühasirənin qarşısını almaq üçün səylərimizi əsirgəməyəcəyik və mühasirənin davam etməsini qətiyyən qəbul etməyəcəyik”.

Əl-Husi vurğulayıb ki, təcavüzkarların hücumlarımızdan və tələyə düşdüyü bataqlıqdan sağ çıxmaqlarının yeganə yolu Yəmənə qarşı təcavüzü və mühasirəni dayandırmaqdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!