Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : TRT
çərşənbə axşamı

22 mart 2022

14:58:58
1241502

Nigeriyada kəndə silahlı hücum: 24 nəfər qətlə yetirildi

Əyalət hökuməti silahlılarla mübarizə aparmaq üçün 4200 təhlükəsizlik işçisi cəlb edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Nigeriyanın Zamfara əyalətində kəndə silahlı hücum nəticəsində 24 nəfər həyatını itirib.

Yerli mətbuatın məlumatına görə, motosikletli silahlı şəxslər Zamfara əyalətinin Qanar Kiyava kəndinə hücum ediblər.

Hücum nəticəsində çox sayda yerli sakin yaralanıb.

Əyalət hökuməti silahlılarla mübarizə aparmaq üçün 4200 təhlükəsizlik işçisi cəlb edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!