Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə

18 mart 2022

09:19:34
1240340

Yəməndəki aclıq faciəsi haqda xəbərdarlıq

BMT-nin uşaqları himayə fondu- YUNİSEF, səkkizillik müharibədən irəli gələn iqtisadi dağılmaya görə, daha milyonlarla yəmənlinin aclıq böhranına çəkilməsi haqda xəbərdarlıq edib.

ABNA24 Xəbər Verir , BMT orqanları, o cümlədən YUNİSEF, Yəməndəki qida durumunun ağırlığı haqda xəbərdarlıq ediblər. YUNİSEF öz vebsaytında vurğulayıbdır ki, Yəmən səud koalisiyası tərəfindən illərlə müharibə və mühasirədən sonra geniş aclıq faciəsinin caynağına düşmək ərəfəsindədir.

Bu xəbərdarlıqların fonunda qeyd edək ki, Yəmənə olan humanitar yardımlar da azalıb. Bu məsələ yəmənlilərin problemlərini də artırıbdır.

Hal-hazırda azı 19 milyon yəmənli öz qida ehtiyaclarını təmin etməyə qadir deyil.

2 milyon 200 mindən çox yəmənli uşaq kəskin şəkildə pis qidalanmaya məruz qalıb. Bu uşaqların yarısı ölüm riski ilə üzləşir. Həmçinin bir milyon 300 mindən çox hamilə və südəmər körpəsi olan qadın pis qidalanmaya düçar olub.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və YUNİSEF-in proqnozlarına görə, Yəməndəki insani vəziyyət 2022-ci ilin iyun ayından dekabr ayınadək daha da pisləşəcək. Onlar dünyada ən iri bir faciə olacaq Yəməndə baş verəcək fəlakətin rəqəmləri haqda xəbərdarlıq edirlər. Bununla belə, təəssüflər olsun ki, BMT və digər beynəlxalq orqanlar yəmənlilərin durumunun dəyişilməsi barədə fikir bildirməkdən başqa, bir iş görmürlər.

342/