Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

5 mart 2022

13:36:31
1236129

Terror aktı nəticəsində 27 Mali əsgəri həlak olub

Mali Nazirliyi açıqlamasında dünən səhər Mondoro düşərgəsində baş verən hücumda 33 hərbiçinin yaralandığını, onlardan 21-nin vəziyyətinin ağır olduğunu, 7-nin isə itkin düşdüyünü bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Mali Respublikası ölkənin mərkəzindəki ordu düşərgəsinə olunan terror hücumu nəticəsində 27 əsgərinin həlak olduğunu açıqlayıb.

Mali Nazirliyi açıqlamasında dünən səhər Mondoro düşərgəsində baş verən hücumda 33 hərbiçinin yaralandığını, onlardan 21-nin vəziyyətinin ağır olduğunu, 7-nin isə itkin düşdüyünü bildirib.

Mali ordusunun məlumatına görə, səhər saatlarında baş verən hadisədə 47 hücumçu öldürülüb, digər 23 hücumçu isə Mali ordusunun terrorçuların bazalarında keçirtdiyi anti-terror hücumundan sonra öldürülüb.

Qeyd olunan son hücum Mali hərbçilərinə qarşı son aylarda həyata keçirilən ən qanlı hücumdur.

Fransalı mənbənin bildirdiyinə görə, bir neçə yüz terrorçunun Mali ordusunun düşərgəsinə hücumu nəticəsində 40-50 nəfər həlak olub. Adı açıqlanmayan mənbənin sözlərinə görə, terrorçular həmçinin bir neçə zirehli texnika da daxil olmaqla 21 avtomobili qarət ediblər.

Radio France İnternational-ın məlumatına görə, terrorçulardan bəziləri motosiklet sürərkən, digərləri isə intiharçı avtomobilləri daşıyırmış. Mənbə bildirib ki, Mali silahlı qüvvələri Fransanın antiterror qüvvələrindən (Barxaneh) dəstək istəməyib.

Burkina Faso sərhədinin yaxınlığında şərqdən şimala doğru yerləşən Manduro düşərgəsi çoxsaylı hücumların hədəfinə çevrilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!