Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

5 mart 2022

13:18:39
1236126

Ənsarullahın raket zərbəsi nəticəsində Səudiyyə işğalçı koalisiyasının 9 əsgəri məhv oldu

Fransanın AFP xəbər agentliyinin verdiyi məlumatına görə, Ənsarullah qüvvələri Yəmənin şimalında işğalçı Səudiyyə koalisiyasına məxsus hərbi bazaya raket zərbələri endirib, nəticədə azı 9 Sudan əsgəri məhv olub, 30-dan çoxu isə yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmən Kəşfiyyat mənbələri ölkədə azı 9 muzdlu Sudan əsgərinin öldürüldüyünü bildirib.

Fransanın AFP xəbər agentliyinin verdiyi məlumatına görə, Ənsarullah qüvvələri Yəmənin şimalında işğalçı Səudiyyə koalisiyasına məxsus hərbi bazaya raket zərbələri endirib, nəticədə azı 9 Sudan əsgəri məhv olub, 30-dan çoxu isə yaralanıb.

Ölən və yaralananlar Səudiyyə Ərəbistanının Yəmən əleyhinə rəhbərlik etdiyi işğalçı hərbi koalisiyanın üzvləridir. Yəmənlilər Səudiyyə Ərəbistanı ilə sərhəd zonasındakı Həccə bölgəsində yerləşən hərbi bazanı hədəfə alıblar.

Yəməndə dağıdıcı vətəndaş müharibəsi və Səudiyyə Ərəbistanının Yəmən əleyhinə rəhbərlik etdiyi hərbi koalisiyanın gecə-gündüz hərbi əməliyyatları yüz minlərlə insanın həyatına son qoyub və milyonlarla insanı didərgin salıb və bu onu müasir tarixin ən dəhşətli humanitar vəziyyətlərindən birinə çevirib. Lakin Yəmən Ukraniya olmadığı üçün dünya imperialist media qüvvələri bu faciəni illərdir ki unutqanlığa və görməməzliyə vururlar.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!