Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

5 mart 2022

13:03:10
1236124

Talibanın rəhbəri “Siracuddin Haqqani”nin siması ilk dəfə olaraq mediada yayımlandı – Foto Reportaj

Haqqani şəbəkəsinin rəhbəri və Talibanın əməliyyat qolunun sədri olan Siracuddin Haqqaninin adı ABŞ-ın qara siyahısındadır və ABŞ onun həbsinə görə 10 milyon dollar mükafat təyin edib. Xatırladaq ki, Taliban həmçinin Talibanın lideri olan Mollahibətullah Axundzadənin üzünü də mediaya göstərmir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Talibanın əməliyyat rəhbəri Siracuddin Haqqani bu gün Kabildə bir qrup polis akademiyası zabitinin buraxılış mərasimində ilk dəfə media qarşısına çıxıb.

Kabildəki Taliban Təhlükəsizlik Komandanlığının sözçüsü Xalid Zadran Siracuddin Haqqaninin şəklini yayıb.

Bundan əvvəl Siracuddin Haqqani-nin siması mediaya verilərkən tünd rəngdə və bilinməz formada dərc olunub.

Qeyd edək ki, Taliban daha əvvəl təhlükəsizliklə əlaqədar olaraq liderlərinin şəkillərinin yayımlanmayacağını, təhlükəsizlik məsələləri həll edildikdən sonra onların şəkillərinin yayımlanacağını bildirmişdi.

Haqqani şəbəkəsinin rəhbəri və Talibanın əməliyyat qolunun sədri olan Siracuddin Haqqaninin adı ABŞ-ın qara siyahısındadır və ABŞ onun həbsinə görə 10 milyon dollar mükafat təyin edib.

Xatırladaq ki, Taliban həmçinin Talibanın lideri olan Mollahibətullah Axundzadənin üzünü də mediaya göstərmir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!