Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

5 mart 2022

12:38:05
1236122

Bura Ukraniya deyil Pişəvərdir! Şiələrin cümə namazı zamanı terror hücumunda azı 80 şəhid verdiyi yer - Video

İndiyədək 50 Şiənin şəhadəti təsdiqlənib, lakin partlayışın şiddətinə görə şəhidlərin sayının artacağı ehtimal edilir. Partlayış nəticəsində ən azı 50 nəfər ağır yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Pakistanın Pişavər şəhərinin “Kuçe Risaladar” ərazisində Şiə məscidinə güclü terror hücumu nəticəsində xeyli sayda günahsız insan təalfatı baş verib.

İndiyədək 50 Şiənin şəhadəti təsdiqlənib, lakin partlayışın şiddətinə görə şəhidlərin sayının artacağı ehtimal edilir. Partlayış nəticəsində ən azı 50 nəfər ağır yaralanıb.

Pişəvər polisinin məlumatına görə, partlayış Məsciddə Şiələr Cümə Namazı qılarkən baş verib.

Bununla bağlı yerli xəbər mənbələri bildiriblər: “Bu hadisədə təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmadan sonra bir kamikadze Şiə Məscidinin binasına daxil olub və Cümə Namazı vaxtı özünü partladıb.”

Pakistanın baş naziri İmran Xan terror aktını qətiyyətlə pisləyib və yaralıların vəziyyətinin dərhal yaxşılışdırılmasını və hadisənin araşdırılmasını istəyib.

 

* Pişavər məhəlləsi ilə tanışlıq

Bu terror aktının baş verdiyi “Kuçe Resaldar” məhəlli mərhum “Sultanul Vaizin Şirazinin” bir qrup pakistanlı və əfqanıstanlı sünni alimlərii ilə 15 gecədən çox söhbət etdiyi və “imamətin sübutu”, “İmam Əlinin (ə) peyğəmbərdən (s) sonra bilafasilə xəlifə olduğu” və “Əhli-beytin (ə) fəzilətləri” haqqında elmi münazirə etdiyi məhəldir.

Həmin görüşlər mərhum “Adil Beyk Risalədar” Hüseyniyəsində keçirilmişdir. Müzakirələr toplusu məşhur “Pişəvər gecələri” kitabında toplanmış və dünyanın müxtəlif dillərinə tərcümə dəfələrlə edilərək nəşr edilmişdir.

“Adil Beyk Risalədar” Hüseyniyəsi sonralar inkişaf etdirildi və Əhli-Beyt (əleyhimus səlam) tərəfdarları da orada Məscid tikdirdilər.

Hicri şəmsi tarixi ilə 1357 və miladi tarixi ilə 1978-ci ildə İranın zalım rejiminə qarşı mübarizənin qızğın çağında Pakistanın Paraçinar şəhərinin şiələri İmam Xomeyniyə (rizvanullahi əleyh) dəstək olaraq Pişəvərə yürüş edib və nümayişlərdən sonra həmin Məsciddə və Hüseyniyyədə toplaşıblar. Bu hərəkatın rəhbəri Şəhid Əllamə "Seyyed Arif Hüseyn Hüseyni" idi.

Həmin günlərdə İmam Xomeyni (rizvanulah əleyh) ölkədən sürgün olunaraq heç bir Müsəlman ölkəsinin ona yer vermədiyi üçün Parisdə yerləşmişdir. Pakistanlı nümayişçilərin şüarlarından biri də İmam Xomeyniyə (rizvanulah əleyh) biz öz yerimizi sənə veririk şüarı idi. Onlar öz şüarlarında “Pakistan şiələri, xüsusilə Paraçinar şiələri İmamı qoruyacaqlar” deyrdilər.

Risalədar məhəlləsinin sakinlərinin əksəriyyəti “Pişavər Şiə Qızılbaşları”dır. Onlar, urdu, puştu və ingilis sözlərinin qarışdığı Fars dilində danışırlar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!