Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : sahartv
cümə

4 mart 2022

17:37:13
1235717

Yəmənin benzin daşıyan gəmisi saxlanılıb

Yəmən neft şirkətinin sözçüsü bildirib ki, bu ölkə üçün fövqəladə benzin daşıyan bir gəmi səud koalisiyasının təcavüzkarları tərəfindən saxlanılıb.

ABNA24 Xəbər Verir ,Əsam Əlmütəvəkkil deyib ki, təcavüzkar səud koalisiyasının dəniz qüvvələri benzin daşıyan «Qeysər» gəmisinin Yəmənin Əlhudəydə limanına daxil olmasına mane olublar.

Əlmütəvəkkil söyləyib: Saxlanılmış gəmi BMT təftişindən keçmiş və Yəmənə giriş üzrə beynəlxalq lisenziya almışdı.

Yəmən neft şirkətinin sözçüsü səudiyyə-amerikan-əmirliklər koalisiyasının Yəmən xalqının ağrı-acılarını dərinləşdirmək məqsədilə bu ölkənin yanacaq böhranını şiddətləndirmək üzrə qərarına işarə ilə deyib: Yəmən bu gün, ötən yeddi ildə mühasirə və təcavüzün başlandığı zamandan bəri ən şiddətli net məhsulları böhranının şahididir.

Əlmütəvəkkil vurğulayıb: Bu günlər vətəndaşların avtomobillərinin Yəmənin müxtəlif vilayətlərində yerləşən yanacaq məkanları qarşısındakı növbələri üç kilometri ötüb keçibdir.

Təcavüzkar səud koalisiyası dəfələrlə Yəmənin yanacaq, qida maddələri və tibb ləvazimatları daşıyan gəmilərini saxlayıbdır.

342/