Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

27 fevral 2022

18:17:56
1234175

Yəmənin müdafiə naziri: İztirab və qorxu, bütün sionist rejimini bürüyüb!

General-mayor Məhəmməd Nasir: “Müqavimət qüvvələri Qərbin müstəmləkəçilik planlarına qarşı mübarizədə əsas və təsirli qüvvə kimi meydana çıxıb və həm Fələstin daxilində, həm də regionda sionist rejimin planlarını zəiflədir və alt-üst edirlər.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmənin Müdafiə Nazirliyi və Yəmən Ordusunun Baş Qərargah Rəisliyi Seyid Hüseyn Bədruddin əl-Hutinin şəhadətinin ildönümü münasibətilə mərasim keçirib.

Uca Allahın kəlamlarından ayələrin oxunması ilə başlanan mərasimdə Yəmənin müdafiə naziri general-mayor Məhəmməd Nasir Əl-Atefi deyib: “Millətin zalımlara qarşı qiyamının əsas xüsusiyyətlərini açıqlayan şəhid Hüseyn Bədruddin əl-Husi üçün bu fəzilət qalıcıdır.”

General-mayor Məhəmməd Nasir Əl-Atefi deyib: “Müqavimət qüvvələri Qərbin müstəmləkəçilik planlarına qarşı mübarizədə əsas və təsirli qüvvə kimi meydana çıxıb və həm Fələstin daxilində, həm də regionda sionist rejimin planlarını zəiflədir və alt-üst edirlər.”

O əlavə edib: "Bu gün sionist rejim artıq Qərb mediasının bizim üçün göstərdiyi güc və hegemonluğa sahib deyil və indi narahatlıq, vəhşət, iztirab, qorxu və panika bütün sionist rejimdə yayılıb və bu rejim yaşamaq üçün hər şeyi edir."

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!