Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

26 fevral 2022

19:47:32
1233806

Somali ordusunun əməliyyatı zamanı 29 əş-Şəbab üzvü öldürülüb

Əl-Şəbab əl-Qaidə ilə əlaqəli silahlı terror qruplaşmasıdır və Afrikada yüzlərlə insanın ölümünə səbəb olan bir çox terror əməliyyatları həyata keçirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Somali hərbçiləri ölkənin cənubunda keçirilən əməliyyatda “Əş-Şəbab” terror qruplaşmasının 29 üzvünün öldürüldüyünü bildirib.

Əl-Şəbab vəhhabi yaraqlıları Aşağı Şabila əyalətinin Bariri şəhərindəki ordu bazasına hücum etməyə cəhd ediblər, lakin ordu qüvvələri tərəfindən dəf edilib və 29 terrorçu öldürülüb.

Əl-Şəbab əl-Qaidə ilə əlaqəli silahlı terror qruplaşmasıdır və Afrikada yüzlərlə insanın ölümünə səbəb olan bir çox terror əməliyyatları həyata keçirib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!