Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

26 fevral 2022

19:25:32
1233802

İŞİD, ABŞ-da Şimali Amerika regionunda İslam Dövləti bazası qurduğunu elan edib

“Amerikada xilafət yolu ilə gedən qardaşlarım, sizdən bizim qrupa qoşulmağınızı xahiş edirəm. Yeni qrup ABŞ-da öz vətənlərində mürtədlərə (yəni İŞİD-in İslam haqqda verdiyi şərhi qəbul etməyən müsəlmanlara) qarşı fəaliyyət aparacaq”.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ tərəfindən yaradılmış qondarma İŞİD adlı terror qruplaşmasının bu yaxınlarda sosial şəbəkələrdə ardıcıllarından ABŞ-da “İŞİD Şimali Amerika” adlı yaranmış təşkilata üzv olmaqlarının xahiş etdiyi videosu yayılıb.

Bu video ingiliscə subtitrlərlə və aktivlik göstərmək istəyənlər üçün yayımlanıb. Video döyüş musiqisinin müşayiəti ilə qondarma İŞİD adlı terror qruplaşmasının bayrağı ilə başlayır.

Vdeonun davamında deyilir: “Amerikada xilafət yolu ilə gedən qardaşlarım, sizdən bizim qrupa qoşulmağınızı xahiş edirəm. Yeni qrup ABŞ-da öz vətənlərində mürtədlərə (yəni İŞİD-in İslam haqqda verdiyi şərhi qəbul etməyən müsəlmanlara) qarşı fəaliyyət aparacaq”.

Videoda deyilir: “Bu qrup ISIS-NA, yəni İraq və Şam İslam Dövləti - Şimali Amerika adlanacaq. Həmçinin videoda İŞİD terrorçuları ABŞ-ın Nevada və Kaliforniya ştatlarının bayraqlarını Tövhid bayrağı kimi göstərirlər.”

Videonun davamı belədir: “Bu videonu etibarlı insanlardan başqa heç kimə göndərməyin; Çünki bu, kafirləri (yəni İŞİD-in İslam haqqda verdiyi şərhi qəbul etməyən müsəlmanları) xəbərdar edir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!