Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

26 fevral 2022

06:31:37
1233483

Yəmən ordusu ikinci amerikan PUA-nı ovlayıb

Yəməndə amerikan «MQ-1» PUA-nın vurulmasından bir neçə saat sonra Yəmən ordusu bu ölkənin Marib əyalətində ikinci amerikan pilotsuzunun vurulduğunu bildirib.

ABNA24 Xəbər Verir , Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərii bu gün bu xəbəri verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Bizim hava hücumundan müdafiə qüvvələrimiz Allah-Taalanın lütfkarlığı ilə Amerika istehsalı olan «ScanEagle» tipli casusluq pilotsuzunu münasib bir silahla vura bilibdir.

Yəhya Sərii qeyd edib ki, bu pilotsuz düşmənçilik tapşırığını yerinə yetirərkən bu gün səhər Marib əyalətinin Əlcubə rayonunun ətrafında vurulub.

Qeyd edək ki, Yəhya Sərii bu bəyanatda az öncə Əlcuf əyalətinin ətrafında bir amerikan PUA-nın vurulmasından xəbər vermişdi.

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirmişdi ki, bu ölkənin hərbi qüvvələri Amerika istehsalı və əmirliklərin hava qüvvələrinə məxsus olan «MQ-1» tipli pilotsuzu yer-hava tipli raketlə vura biliblər.

342/