Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

23 fevral 2022

19:10:18
1232752

Vəfaq Dərnəyi: Mossadın Bəhreyndə olması açıq-aşkar işğaldır

İşğalçı sionist rejimin cinayətkar dəstəsinin Bəhreynə yerləşdirilməsinə etiraz edərək əlavə edib: “Bu açıqlamalar Bəhreyni regionda təhlükəsizlik, qeyri-sabitlik və gərginlik mənbəyinə çevirir.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəhreynin Əl-Vəfaq İslam Dərnəyi Bəhreyn xarici işlər nazirinin müavininin Mossadın Manamada olması ilə bağlı verdiyi açıqlamalarını faciə və təhlükəli hal kimi qiymətləndirib.

İşğalçı sionist rejimin cinayətkar dəstəsinin Bəhreynə yerləşdirilməsinə etiraz edərək əlavə edib:

“Bu açıqlamalar Bəhreyni regionda təhlükəsizlik, qeyri-sabitlik və gərginlik mənbəyinə çevirir.”

Vəfaq İslam Dərnəyinin bəyanatında deyilir:

Sionist rejim bəşəriyyətə qarşı cinayətlər, onlarla insanın şəhadəti və yaralanması, sui-qəsdlər və digər cinayətlərlə dolu rekorda malikdir. Onun Bəhreyndə mövcudluğu Bəhreyn, region və dünya üçün təhlükədir, Bəhrey və region ölkələri müharibə meydanına çevirir. Bəhreyn xalqı adından Bəhreynə, ərəblərə və müsəlmanlara qarşı bu cinayətə və xəyanətə qarşı kəskin etirazımızı bildiririk. Milli, tarixi, ərəb və mənəvi məsuliyyətimizi nəzərə alaraq bəyan edirik ki, Mossad-ın Bəhreyndə olması bu ölkəyə və xalqına qarşı açıq-aşkar işğal və təcavüzdür.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!