22 fevral 2022 - 20:20
Corc Soros yaranmamış Turanın onurğa beynini zədələyir/ Macarıstanda dəyişiliklər baş verəcək

Macarıstan hökuməti bir neçə il öncə Sorosu miqrantların Avropaya yerləşdirilməsi üçün plan qurmaqda təqsirləndirirdi.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həydər Əliyev və İlham Əliyevlə yaxından tanış olan qoca və hiyləgər maliyyəçi Corc Soros özünü yeni seçkilərdə sınayacağının anonsunu verir.

Belə ki, bu ilin aprelində Macarıstanda ümumxalq seçkiləri keçiriləcək, indi Soros vaxtilə buradan qovulduğunun acığını çıxmaq niyyətlərini dilə gətirir.

Macarıstan hökuməti bir neçə il öncə Sorosu miqrantların Avropaya yerləşdirilməsi üçün plan qurmaqda təqsirləndirirdi.

Macarıstanda Sorosun təsisçisi olduğu fondların və dəstəklədiyi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini nəzarətə almaq, maliyyə dəstəklərini məhdudlaşdırmaq üçün “Sorosu dayandırın” adı verilən qanun mövcuddur.

Macarıstanın baş naziri Viktor Orban C.Sorosu tənqid edir, onu Macarıstan siyasətinə müdaxilədə, liberal müxalifətə rəhbərlikdə suçlayır.

Soros onun fəaliyyətinə “nöqtə” qoyan Macarıstan hökumətini bağışlamır, çağırış edir ki, apreldə keçiriləcək seçkilərdə Macarıstan xalqı Viktor Obranı baş nazir kürsüsündən kənarlaşdırılmalıdır.

Macarıstan Azərbaycan və Türkiyə üçün də mühüm tərəfdaşdır və o, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur.

Soros Macarıstanda özünün zühurunu təmin etsə, bu, yaranmamış Turana, Bakı və Ankara ilə də münasibətlərə təsirsiz ötüşməyəcək.

Qeyd edək ki, Soros şəxsi sərvətinin 32 milyard dollardan çoxunu “dünya işlərinə” xərcləyib, ən azından onun özünün rəsmi təqdimatında yer alan məlumatlarda bu haqda yazılıb.

Milyarder Soros 2019-2020-ci illərdə dünyadakı seçki nəticələrinə təsir etmək üçün demokratik qruplara 80 milyon dollar pul buraxıb.

İndi isə bu rəqəmin həcmi böyüyür, Soros 2022-ci ildə dünyadakı seçkilər və ondan sonrakı dövr üçün özünün kurasiyasında olan demokratik qruplara və “demokrat namizədlərə” kömək məqsədilə 125 milyon dollarlıq bir platforma qurur.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!