Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : IQNA
bazar ertəsi

21 fevral 2022

08:42:17
1231805

Yəməndə Quran müsabiqəsi keçirilib

Yəmən Milli Qurtuluş Hökumətinin rəsmiləri Rəcəb ayı və Ənsarullah hərəkatının qurucusu və keçmiş lideri Seyid Hüseyn Bədruddin əl-Husinin şəhadətinin ildönümü münasibətilə Taiz əyalətində "Fi Rahabil-Quran" yarışması keçirib.

ABNA24 Xəbər Verir , Yəmənin Taiz Əyalətinin İrşad İdarəsinin Quran Təhsili Şöbəsi "Fi Rahabil-Quran" yarışması keçirib.

Bu müsabiqədə 275 kişi və qadın yarışmacı iştirak edib. Həmçinin Yəməndə Quran işinin banisi sayılan şəhid lider Hüseyn Bədruddin əl-Husinin şəhadətinin ildönümü ilə eyni vaxtda keçirilib.

Taiz valisi məmurların Quran hafizlərinə verdiyi dəstəyə və gənclər arasında düzgün Quran mədəniyyətinin yaradılmasına toxunaraq deyib: "Qurani-Kərimi təvazökarlıqla dinləmək ruhun və bədənin əsl qidasıdır ki, bu vasitə ilə insan Uca Allaha daha çox yaxınlaşar."

342/